...

Azərbaycanın futbol üzrə yığmasının kapitanı yenidən Rəşad Sadıqov ola bilər

Cəmiyyət Materials 15 Noyabr 2007 18:13

Trend-i buradan izləyin

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ "Neftçi"nin müdafiəçisi Rəşad Sadıqov Avropa Çempionatının noyabrın17-də Finlandiyaya qarşı keçiriləcək seçmə oyununda kapitan kimi çıxış edə bilər.

Yığmanın baş məşqiçsi Caka Hacıyevski etiraf edir ki, oyunçunun meydançaya kapitan kimi çıxmaq şansı daha çoxdur. "Bu məsələ hələ tam həll olunmayıb və hər şey sabah aydın olacaq. Hesab edirəm ki, kapitan seçimində təkcə oyunçular deyil, AFFA-nın rəhbərliyi də öz sözünü deməlidir. Şəxsən mənim seçimimə gəlincə isə, mən Rəşad Sadıqovun daha çox şansı olduğunu hesab edirəm" - deyə Hacıyevski bildirib.

Qeyd edək ki, hazırda yağmanın kapitanı Aslan Kərimovdur.

Xəbər lenti

Xəbər lenti