...

Azərbaycanda "Prezident kuboku" uğrunda beynəlxalq şahmat turniri başlayıb

Cəmiyyət Materials 12 May 2008 16:31 (UTC +04:00)
Azərbaycanda "Prezident kuboku" uğrunda beynəlxalq şahmat turniri başlayıb

Azərbaycan, Bakı, 12 may / Trend , müxbir R.Ergün/ Azərbaycanda Beynəlxalq Şahmat Festivalı -"Prezident kuboku" uğrunda şahmatçıların turniri bazar ertəsi işə başlayıb. Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin 85 illik yubileyi ilə bağlı təşkil olunan beynəlxalq turnirdə 22 ölkədən 200-ə yaxın şahmatçı mübarizə aparacaq.

Turnirin açılış mərasimində çıxış edən Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov bildirib ki, Bakıda beynəlxalq şahmat turnirlərinin keçirilməsi ənənəyə çevrilib. Onun sözlərinə görə, turnirdə rekord sayda idmançı iştirak edir.

Mayın 21-də başa çatacaq beynəlxalq şahmat turnirinin ümumi mükafat fondu 85 min dollardır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti