...

Azərbaycan Gənclər Fondu 1 yaşını qeyd edəcək

Cəmiyyət Materials 24 Dekabr 2012 11:18 (UTC +04:00)
Azərbaycan Gənclər Fondu 1 yaşının tamam olması və 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təntənəli tədbir keçirəcək.
Azərbaycan Gənclər Fondu 1 yaşını qeyd edəcək

Azərbaycan, Bakı, 24 dekabr /Trend/

Azərbaycan Gənclər Fondu 1 yaşının tamam olması və 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təntənəli tədbir keçirəcək.

Fonddan Trend-ə verilən məlumata görə, ötən 1 il ərzində Gənclər Fondu ilk qrant müsabiqəsini keçirərək Azərbaycanda ilk dəfə olaraq layihələri internet vasitəsilə qəbul edib, 129 layihə maliyyələşdirib. Bununla yanaşı, Fond tərəfindən müxtəlif yerli və beynəlxalq tədbirlər həyata keçirilib. Fond tərəfindən maliyyələşdirilmiş layihələr ölkəmizin 46 bölgəsini əhatə edib. Bu müddət ərzində gənclərlə və gənclər təşkilatları ilə əməkdaşlıq edən Fond haqqında televiziya və radiolarda, onlayn xəbər portallarında, qəzetlərdə, yerli və beynəlxalq media resurslarında 1000-dən çox məlumat yayımlanıb.

İlk fəaliyyət ilinin yekunları, ikinci qrant müsabiqəsinin elanı və Fondun 1 illiyinin tamam olması münasibətilə keçiriləcək tədbirdə Prezident Administrasiyasından, nazirliklərdən, müxtəlif dövlət qurumlarından rəsmilər, millət vəkilləri, özəl şirkətlərdən, gənclər təşkilatlarından nümayəndələr, media işçiləri iştirak edəcəklər.

Qeyd edək ki, 24 dekabr 2012-ci il tarixində Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçiriləcəkdir.

Fondun 1 illiyi münasibətilə 26 dekabr 2012-ci il tarixində, saat 11:00-da "JW Marriott Absheron" otelində konfrans, saat 19:00-da isə təntənəli ziyafət keçiriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti