...

Postsovet ölkələri milli iqtisadiyyatların rəqabətədavamlılığı üçün şərait yaratmalıdırlar - ekspert

Nəzər nöqtəsi Materials 29 Sentyabr 2011 15:22 (UTC +04:00)
Keçmiş SSRİ məkanında müstəqil dövlətlər quruculuğunun iyirmi illik təcrübəsi inteqrasiya, potensialların səmərəli şəkildə birləşdirilməsi olmadan getdikcə kəskinləşən xarici çağırışlara qarşı müqavimət göstərməyin mümkün olmadığını dəqiq göstərdi.
Postsovet ölkələri milli iqtisadiyyatların rəqabətədavamlılığı üçün şərait yaratmalıdırlar - ekspert

Azərbaycan, Bakı, 29 sentyabr /Trend/

Keçmiş SSRİ məkanında müstəqil dövlətlər quruculuğunun iyirmi illik təcrübəsi inteqrasiya, potensialların səmərəli şəkildə birləşdirilməsi olmadan getdikcə kəskinləşən xarici çağırışlara qarşı müqavimət göstərməyin mümkün olmadığını dəqiq göstərdi. Bunu Trend-in Ekspert Şurasının üzvü, "Vestnik Kafkaza" AİA-nın baş redaktoru Aleksey Vlasov cümə axşamı Astanada "Yeni Qazaxıstan yeni dünyada: Müstəqilliyin 20 ili" beynəlxalq elmi-praktiki konfransında deyib.

Ekspert Moskva-Astan-Bakı üçbucağında iqtisadi və siyasi əlaqələrin inkişafının əhəmiyyətli rolunu da qeyd edib.

"Bizim bir-birimizdən öyrənməli olduğumuz şeylər var. Keçmiş SSRİ məkanında müstəqil dövlətlər quruculuğunun iyirmi illik təcrübəsi inteqrasiya, potensialların səmərəli şəkildə birləşdirilməsi olmadan getdikcə kəskinləşən xarici çağırışlara qarşı müqavimət göstərməyin mümkün olmadığını dəqiq göstərdi. Bir vaxt Heydər Əliyev və Nursultan Nazarbayev məhz bu yolu müəyyən etdilər. Rusiya da 2000-ci ilin əvvəlindən bu yolla gedir. Hazırda məhz Moskva və Astana postsovet məkanında qaqşılıqlı investisiya faəliyyətinin lokomotivi kimi çıxış edirlər. İndi biz milli iqtisadiyyatların daha yüksək rəqabətədavamlılıq səviyyəsinə keçməsi üçün şərait yaratmalıyıq", - Vlasov deyib.

Xəbər lenti

Xəbər lenti