...

Zahid Oruc: Azərbaycan həm Türkiyə, həm də öz ölkəsinin davasını aparmaqdadır

Nəzər nöqtəsi Materials 29 Yanvar 2012 17:22 (UTC +04:00)
Azərbaycan həm Türkiyə, həm də öz ölkəsinin davasını aparmaqdadır.
Zahid Oruc: Azərbaycan həm Türkiyə, həm də öz ölkəsinin davasını aparmaqdadır

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan həm Türkiyə, həm də öz ölkəsinin davasını aparmaqdadır. Bunu bazar günü Trend-ə Ana Vətən Partiyasından olan millət vəkili Zahid Oruc deyib.

"Fransa Senatında məlum qərarın ideoloqlarının və təşkilatçılarının uzantıları eynəndə Türkiyə mediasında da yer almaqdadır. Mahiyyət baxımından eyni ssenaridir, sadəcə olaraq müxtəlif cəbhələrdə özünü göstərməkdədir. Ən başlıcası Türkiyənin siyasi rəhbərliyi və bütün xalqı buna qədər ki dövrdə və eyni zamanda bu məsələdə Azərbaycanın ön cəbhədə bütün parametrlər üzrə mübarizə apardığını, ən kəskin müqavimət göstərdiyini görməkdədirlər", - millət vəkili qeyd edib.

Onun sözlərinə görə, Türkiyənin bəzi KİV-lərində gedən qeyri-obyektiv yazılar başlıca olaraq iki dövlətin münasibətlərində hansısa problemlər yaratmaqla ermənilərin məqsədlərini bu regionda həyata keçirməyə yönəlib. Buna isə, üç, beş, on mediya yazarının və yaxud da media maqnatlarının "barmaqları" təsir göstərə bilməz.

Yanvarın 23-də Fransa Senatı təxminən səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 127, əleyhinə isə 86 senator səs verib.

Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti