...

Ermənistan helikopteri ilə bağlı insident: beynəlxalq müşahidəçilərin təhlükəli şərhləri

Nəzər nöqtəsi Materials 13 Noyabr 2014 15:56 (UTC +04:00)
Azərbaycan hərbçilərinin ölkənin hava məkanında Ermənistan SQ-yə məxsus hərbi helikopteri vurması insidentindən bir sutka sonra beynəlxalq müşahidəçilər və KİV-lər baş verən hadisəyə qiymət verməyə tələsdilər.
Ermənistan helikopteri ilə bağlı insident: beynəlxalq müşahidəçilərin təhlükəli şərhləri

Elmira Tariverdiyeva - Trend:

Azərbaycan hərbçilərinin ölkənin hava məkanında Ermənistan SQ-yə məxsus hərbi helikopteri vurması insidentindən bir sutka sonra beynəlxalq müşahidəçilər və KİV-lər baş verən hadisəyə qiymət verməyə tələsdilər.

Kimi insidentin araşdırılmasının zəruriliyindən, kimi də helikopterin Azərbaycanın separatçı regionu olan Dağlıq Qarabağ ərazisində olmasından danışır ki, bu da bəzi KİV-lərin fikrincə, görünür, erməni hərbçilərin beynəlxalq hüquq normalarını görünməmiş şəkildə pozmasına haqq qazandırmalıdır. Ermənistan tərəfi isə vurulmuş helikopterə görə Azərbaycanı hədələyir və bəyan edir ki, bu, təlim-məşq uçuşu olub.

Hər şeyi adı ilə çağırmağın və şərhlərə diqqətlə baxmağın vaxtı çatıb. Onlardan heç kim inkar etmir ki, helikopter Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki məkanda olub. Bununla da onlar əslində etiraf edirlər ki, Azərbaycan Silahlı Qüvvələri (SQ) hərbi helikopteri öz hava məkanında vurub.

Ərazi suları da daxil olmaqla, dövlətin quru və su ərazisi üzərində bütün uçuşlar yalnız həmin dövlətin buna aydın ifadə edilmiş razılığı ilə həyata keçirilə bilər. Nəzərə alsaq ki, Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq tanınmış ərazisidir və onun üzərində hava məkanı Azərbaycanın hava məkanıdır, o zaman baş vermiş insidenti araşdırmaq zərurəti başa düşülən deyil.

Beynəlxalq hüquqa əsasən, xarici dövlətin hava məkanında və ya onun ərazisində olan təyyarə və ya helikopter bu dövlətin qayda və qanunlarına qarşılıqlı əsasda hörmət etməlidir. Əgər hərbi hava gəmisi açıq təcavüz xarakteri daşıyan qanunazidd hərəkətə yol verərsə, dövlət bunu əsas gətirərək özünümüdafiə məqsədləri üçün zəruri tədbirlər görmək haqqına malikdir.

Ermənistana məxsus helikopterin rəsmi Bakının uzun müddətdir bağladığı Azərbaycanın işğal edilmiş ərazisi üzərində hava məkanını pozmasına gəlincə, Azərbaycan Silahlı Qüvvələri beynəlxalq hüququn görünməmiş dərəcədə pozulması qarşısında nə etməli idi? Kimsə başqa cür hərəkət edərdi? Hərbi hava gəmilərinin digər dövlətin ərazisini cəzalandırılmadan keçməsi faktı varmı?

Britaniyanın nüfuzlu "Finacial Times" nəşri Qərb məmurlarından birinə istinadən yazır: "Bu il Rusiyanın NATO-nun hava məkanı yaxınlığında hərəkətləri səbəbindən NATO qırıcıları havaya qalxarkən artıq 100-dən çox həyəcan siqnalı verilib ki, bu da ümumilikdə 2013-cü ildəkindən 3 dəfə çoxdur". Bu o deməkdir ki, hava məkanının pozulması ilə bağlı elementar şübhə olarkən Alyans düşünmədən hərbi qırıcılarını havaya qaldırır. Burada məqsəd aydındır - nəyin bahasına olursa-olsun, NATO-nun hava məkanını qorumaq. Bu halda Alyansın hava məkanına daxil olmağın yolverilməzliyi haqqında açıq xəbərdarlıq nədənsə digər beynəlxalq təşkilatların ajiotajına səbəb olmadı.

Sadalananları nəzərə alaraq, bütün beynəlxalq təşkilatları, həmkarları - jurnalistləri və sadə sakinləri hər şeyə real baxmağa və rəsmi Bakının öz hava məkanını və ərazisini istənilən yolla qorumaq hüququnu tanımağa çağırıram!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti