...

Deputat: Media üçün müəyyən məhdudiyyətlər nəzərdə tutulmalıdır

Nəzər nöqtəsi Materials 11 Mart 2017 11:22 (UTC +04:00)
Bəzi media orqanları, saytlar populyarlıq naminə yalan məlumatlara yer verirlər».
Deputat: Media üçün müəyyən məhdudiyyətlər nəzərdə tutulmalıdır

Bakı. Trend:

"Bəzi media orqanları, saytlar populyarlıq naminə yalan məlumatlara yer verirlər".

Trend-in məlumatına görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, media azad olsa da, müəyyən qədər məhdudiyyətlər nəzərdə tutulmalıdır. Onun sözlərinə görə, hazırda bəzi saytlar cəmiyyətimizin, xüsusilə uşaqlar üçün zərərli olan informasiyalara geniş yer verirlər.

"Bu gün uşaqların intihar hallarının sayı artır. Təbii ki, burada mediada yayılan müəyyən məlumatlar, informasiyalar da öz təsirini göstərir. Bundan əlavə, Rusiyada və Qazaxıstanda uşaqlar arasında oynanılan "Mavi balina" adlı oyun var ki, bu da uşaqların psixologiyasına mənfi təsir edir, son hədd intiharla nəticələnir. Bu oyun ölkəmizdə də yayılır. Hesab edirəm ki, belə halların qarşısı alınmalıdır. Bu məsələlər qanunla tənzimlənməlidir".

Xəbər lenti

Xəbər lenti