...

FAO: Bakı pozitiv dünya proseslərində katalizator rolunda çıxış edir

Nəzər nöqtəsi Materials 5 May 2017 13:57 (UTC +04:00)
Диалог - единственный способ решения глобальных проблем, которые волнуют человечество
FAO: Bakı pozitiv dünya proseslərində katalizator rolunda çıxış edir

Bakı. Anaxanım Hidayətova - Trend:

Bəşəriyyəti narahat edən qlobal problemlərin yeganə həll yolu dialoqdur.

Trend-in məlumatına görə, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktor kabinetinin direktoru Mario Lyubetkin bu gün Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda panel müzakirələr zamanı deyib.

O deyib: "Sivilizasiyalararası münaqişələr dialoqla həll edilməlidir, çünki hərbi metodlarla həll çıxış yolu deyil. Bu foruma müxtəlif ölkələrdən müxtəlif adamlar toplaşıb, hər kəsin məsələlərə öz yanaşması var. Hər bir forum iştirakçısı öz sahəsi üzrə mütəxəssisdir və problemin həlli il bağlı özlərinin ən yaxşı həll variantlarını təklif edə bilərlər".

O qeyd edib ki, Azərbaycan dünya ictimaiyyətinin fəal və dinamik üzvlərindən biridir.

M.Lyubetkin əlavə edib: "Siz forumlar, böyük tədbirlər təşkil edirsiniz və Bakı pozitiv dünya proseslərində katalizator rolunda çıxış edir".

Qeyd edək ki, Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Mayın 6-dək davam edəcək Forum çərçivəsində keçirilən sessiyalar insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi kimi mövzuları əhatə edir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Bolqarıstanın vitse-prezidenti, YUNESKO, İSESKO, İslam Əməkdaşlıq Təşkilatı, QDİƏT, İRSİKA, Ərəb Maqreb Birliyi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və TÜRKSOY-un baş katibləri, Malinin Prezidenti və birinci xanımı, Efiopiya və Ruandanın birinci xanımları, Türkiyə, Rusiya, Gürcüstan, Qətər, Makedoniya, Misir, Efiopiya, İraq, Cənubi Sudan, Sudan, Mavritaniya, Monteneqro, Seyşel Adaları, Tacikistan və Keniyanın mədəniyyət nazirləri iştirak edirlər.

Forum artıq 4-cü dəfədir Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı prosesi” təşəbbüsü çərçivəsində təşkil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti