...

Baş katib: Azərbaycan "OPEK+" sazişinin dəstəklənməsində vacib rol oynayır

Nəzər nöqtəsi Materials 19 Mart 2018 15:27 (UTC +04:00)
Azərbaycan neft hasilatının indiki səviyyədə saxlanılması barədə "OPEK+" sazişinin dəstəklənməsində vacib rol oynayır.
Baş katib: Azərbaycan "OPEK+" sazişinin dəstəklənməsində vacib rol oynayır

Bakı. Trend:

Azərbaycan neft hasilatının indiki səviyyədə saxlanılması barədə "OPEK+" sazişinin dəstəklənməsində vacib rol oynayır.

Trend-in məlumatına görə, bunu OPEK-in Baş katibi Məhəmməd Barkindo deyib.

M.Barkindo qeyd edib ki, OPEK və Azərbaycan dünya bazarında neft qiymətlərinin dəstəklənməsi üçün ən səmərəli addımlarIn müəyyən olunması sahəsində əməkdaşlığını davam etdirir.

Baş katib bildirib ki, sazişin müddətinin uzadılması 2018-ci ilin iyun və oktyabr aylarında nəzərdə tutulan konfranslarda OPEK üzv ölkələrinin, eləcə də "OPEK+" sazişi üzv ölkələrinin energetika nazirləri tərəfindən müzakirə olunacaq. M.Barkindo əlavə edib ki, sazişə bütün iştirakçılar tərəfindən 100 faiz əməl olunur.

Baş katib onu da bildirib ki, o, "OPEK+" sazişində iştirak edən digər ölkələrə də səfər etməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti