...

Necdət Ünüvar: Azərbaycan bölgənin parlayan ulduzudur

Nəzər nöqtəsi Materials 28 May 2018 09:15 (UTC +04:00)
Qədim və zəngin tarixi irsə malik olan Azərbaycan bölgənin parlayan ulduzudur.
Necdət Ünüvar: Azərbaycan bölgənin parlayan ulduzudur

Bakı. Rufiz Hafizoğlu - Trend:

Qədim və zəngin tarixi irsə malik olan Azərbaycan bölgənin parlayan ulduzudur. Bu fikri Trend-ə açıqlamasında Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun qardaş ölkə tərəfdən rəhbəri Necdet Ünüvar bildirib.

N.Ünüvar qeyd edib ki, Xalq Cümhuriyyətinin yüz illiyini qeyd edən qardaş Azərbaycan üçün müstəqilliyə gedən yol asan olmayıb.

N.Ünüvar onu da əlavə edib ki, 1918-ci ildə müstəqilliyini elan edən Azərbaycan ilk əlaqələrini Osmanlı dövləti ilə qurub: "Bu gün də Azərbaycan və Türkiyə beynəlxalq arenada bir-birinə dəstəkdir".

Qeyd edək ki, bu gün Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü qeyd olunur. Belə ki, 1918-ci il mayın 28-də Azərbaycanın milli qayəli, milli təfəkkürlü övladları Azərbaycan Xalq Cümhuriyyətini elan etdilər. Azərbaycan Xalq Cümhuriyyəti təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk demokratik respublika olub. Bu respublika parlamentli dövlət olub. Onun dövlət atributları - bayrağı, himni, gerbi qəbul edilib. Üçrəngli bayraqda türkçülük, islamçılıq və avropalaşmaq bir vəhdətdə idi. Ancaq Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşayıb. 1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal edib və respublika süquta uğrayıb.

Respublika Günü 1990-cı ildən dövlət bayramı kimi qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti