...

Alim Qasımov: Əcnəbilər "Eurovision 2012" müsabiqəsində Azərbaycan mədəniyyətini əyani şəkildə görəcəklər

Eurovision-2012 Materials 16 May 2012 17:35 (UTC +04:00)
"Eurovision 2012" mahnı müsabiqəsinə gələn əcnəbilər Azərbaycanın zəngin mədəniyyətini, incəsənətini əyani şəkildə görəcəklər.
Alim Qasımov: Əcnəbilər "Eurovision 2012" müsabiqəsində Azərbaycan mədəniyyətini əyani şəkildə görəcəklər

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir M.Əliyev/

"Eurovision 2012" mahnı müsabiqəsinə gələn əcnəbilər Azərbaycanın zəngin mədəniyyətini, incəsənətini əyani şəkildə görəcəklər. Bunu çərşənbə günü Trend-ə xalq artisti, xanəndə Alim Qasımov bildirib.

"Biz əvvəllər çalışırdıq ki, KİV vasitələri ilə dünyaya Azərbaycan barədə məlumatlar verək, getdiyimiz ölkələrdə Azərbaycanın mədəniyyətinin bütün sahələrini təmsil edək. Artıq əcnəbilər sözlə deyil, real olaraq bütün bunları görəcəklər", - Qasımov deyib.

O həmçinin qeyd edib ki, muğamın "Eurovision" zamanı bir neçə dəfə səsləndirilməsi də Azərbaycanın zəngin mədəniyyətinin dünyaya nümayiş olunmasında mühüm rol oynayacaq.

Alim Qasımov Dövlət Bayrağı Meydanında inşa olunan "Bakı Kristal Zalı" barədə xüsusi danışaraq bu kompleksin Bakının dənizkənarına xüsusi gözəllik verdiyini vurğulayıb.

"Bakı Kristal Zalı" sanki dəniz kənarında Azərbaycanın bir ulduzudur", - o deyib.

Xəbər lenti

Xəbər lenti