Azərbaycan, Bakı, 17 may /Trend/
Mayın 17-də saat 12:30 radələrində Eurovision Mahnı Müsabiqəsi 2012-nin www.eurovision.az rəsmi milli saytına kənar müdaxilə olub.
Eurovision Mahnı Müsabiqəsi 2012-nin İşçi Qrupundan Trend-ə verilən məlumata görə, bu müdaxilələr ölkədən kənar mənbələrdən qeydə alınıb.
Müdaxilə nəticəsində saytda heç bir informasiya itkisi baş verməyib.
Sayt fəaliyyətini davam etdirir.