Azərbaycan, Bakı, 22 may / Trend müxbir K.Zərbalıyeva/
Bu gün Bakı şəhərində "Eurovision 2012" mahnı müsabiqəsinin ilk yarımfinalının keçirilməsi ilə əlaqədar olaraq axşam saat 19:00-dan tədbir başa çatana qədər paytaxtın Bayıl meydanı, Neftçilər prospektindən Yusif Səfərov küçəsinin kəşisməsinə qədər, Neftçilər prospektinə bitişik, kəsişən və paralel küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Trend-ə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib.
O bildirib ki, nəqliyyat vasitələrinin hərəkət istiqamətləri müvafiq olaraq, "20-ci sahə" dairəsindən dağüstü yolla Badamdar qəsəbəsinə, Bayıl qəsəbəsindən Xanlar küçəsinə, oradan isə Dağüstü park yolu ilə Parlament prospektinə tərəf, Şeyx Şamil və Niyazi küçələrindən sola İstiqlaliyyət küçəsinə, Afiyəddin Cəlilov küçəsindən isə sağa Yusif Səfərov küçəsinə yönəldiləcək.
İdarə əhalidən bu istiqamətlərdə şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmələrini xahiş edir.
Bakıda bu gün "Eurovision"la əlaqədar bəzi küçə və prospektlərdə hərəkət məhdudlaşdırılacaq
Bakıda bu gün "Eurovision"la əlaqədar bəzi küçə və prospektlərdə hərəkət məhdudlaşdırılacaq
