...

Rəfael Hüseynov: "Eurovision" humanist siyasət hadisəsidir

Eurovision-2012 Materials 24 May 2012 12:13 (UTC +04:00)
"Eurovision" sırf siyasət hadisəsidir, lakin bu, dünyada cərəyan edən çox məkrli siyasətlərdən fərqli olaraq, humanist siyasət hadisəsidir.
Rəfael Hüseynov: "Eurovision" humanist siyasət hadisəsidir

Azərbaycan, Bakı, 24 may / Trend müxbir M.Əliyev/

"Eurovision" sırf siyasət hadisəsidir, lakin bu, dünyada cərəyan edən çox məkrli siyasətlərdən fərqli olaraq, humanist siyasət hadisəsidir. Bunu Trend-ə Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Rəfael Hüseynov bildirib.

Onun sözlərinə görə, dünyanın onlarla ölkəsi bir ölkədə dostluq, mehribançılıq, ünsiyyət, bir bayram ətrafında birləşirsə, o zaman bu, dünyanın qloballaşmasına xidmət edən, insanları bir-birinə yaxınlaşdıran hadisədir.

Hüseynov qeyd edib ki, ayrı-ayrı insanların bir-birinə paxıllıq etməsi kimi, dövlətlər də bir-birinə paxıllıq edirlər.

"Eurovision" müsabiqəsinin Azərbaycanda keçirilməsinə hətta dünyanın bir çox böyük dövlətləri də paxıllıq edirlər", - millət vəkili deyib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü olan Hüseynov bildirib ki, Avropa Şurasında, digər beynəlxalq təşkilatlarda müşahidələri zamanı Azərbaycana qarşı paxıllığın, həsədin şahidi olub.

"Həsəd aparırlar ki, Azərbaycan - yenicə müstəqillik əldə etmiş bir dövlət birdən-birə qısa zaman içərisində necə belə bir sıçrayışlı yüksəlişə nail olub, necə uğurlara çatıb?", - o deyib.

Deputat vurğulayıb ki, Azərbaycana ən müxtəlif istiqamətlərdən və səmtlərdən həsədlə, rəğbətlə yanaşanlara qarşı yalnız dövlət və onun qurumları, ziyalılar deyil, hər bir vətəndaş mübarizə aparmağa hazır olmalıdır. "Çünki Vətən, dövlət bu cür yaranır, böyük, güclü Azərbaycan bu cür yaranır", - Hüseynov deyib.

Xəbər lenti

Xəbər lenti