...

ABŞ-ın nüfuzlu nəşri “Eurovision” müsabiqəsinin populyarlığının artdığını qeyd edir

Eurovision-2012 Materials 24 May 2012 16:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 may / Trend, müxbir E.Tariverdiyeva /

ABŞ-ın işgüzar dairələrinin nüfuzlu qəzeti olan "The Wall Street Journal" "Eurovision" müsabiqəsinin populyarlığının, o cümlədən ABŞ-da artdığı haqqında məqalə dərc edib.

Məqalədə qeyd olunur ki, bu musiqi şousu online rejimdə nümayiş olunur və bu il ABŞ-da 26 minə yaxın tamaşaçı İnternet vasitəsilə ona baxır. Ötən il bu rəqəm 22 min olmuşdu. "Bu, bütün dünyadakı 125 milyon televiziya tamaşaçısı ilə müqayisədə cüzi rəqəm olsa da, şounun populyarlığının artdığını əks etdirir", - qəzet yazır.

Məqalədə bildirildiyinə görə, ABŞ-ın NBC telekanalı hansısa mərhələdə "Eurovision"un Amerika versiyasını yaratmağa cəhd göstərir, lakin danışıqlar baş tutmayıb.

Müsabiqə 1956-cı ildə Avropada müharibədən sonrakı dostluq ruhunda yeni transsərhəd əlaqələrin qurulması üsulu kimi yaradılıb. "Bu gün "Eurovision" gələnilki şounun sahibi adı uğrunda mübarizə aparan ölkələrin füsunkar tamaşasına çevrilir", - məqalədə qeyd olunur.

Xəbər lenti

Xəbər lenti