...

Türkiyənin erməni pariarxı ABŞ Konqresinin qondarma "erməni soyqrımı"nı tanıyan qətnaməsinin əleyhinədir

Dünya xəbərləri Materials 19 Oktyabr 2007 13:45 (UTC +04:00)
Türkiyənin erməni pariarxı ABŞ Konqresinin qondarma "erməni soyqrımı"nı tanıyan qətnaməsinin əleyhinədir

Trend-i buradan izləyin

Türkiyə, Ankara, / Trend müxbir Ə.Ələsgərov, E.Hüseynov/ Türkiyənin erməni patriarxı ABŞ Konqresinin 20-ci əsrin əvvəllərində Osmanlı imperiyasında baş verməsi iddia olunan qondarma "erməni soyqırım"ını tanıyan qətnaməni qəbul etməsinin əleyhinədir. "Biz qanun layihəsinin əleyhinəyik, bu qətnamə bizim münasibətlərimizə zərbə vura bilər" -deyə Ankarada Türkiyənin erməni kilsəsinin patriarxı Mesrop Mufatyan bildirib.

ABŞ Konqesinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi oktyabrın 11-də 1915-23-cü illərdə baş verən hadisələri "erməni soyqırımı" kimi xarakterizə edən 106 saylı qətnamə qəbul edib. Ağ Evin hazırkı, həmçinin öncəki administrasiyası 20-ci əsrin əvvəlində baş verən hadisələrin bu şəkildə xarakterizə edilməsinin əlehiyə çıxış edir və hesab edir ki, bu sənədin qəbul edilməsi Türkiyə ilə strateji münasibətlərə ciddi zərbə vuracaq.

"Ajanpress"-in verdiyi məlumata görə, Mufatyan bir gün əvvəl Ankarada Türkiyə parlamentinin sədri Keksal Toptan və ölkənin yeni prezidenti Abdulla Gül tərəfindən qəbul edilib, eləcə də ABŞ səfirliyinin təmsilçiləri ilə görüş keçirib. Patriarx Abdulla Gülü və Toptanı yüksək vəzifəyə seçilməsi münasibətilə təbrik edib. Ermənilərin dini lideri bir daha ABŞ Konqresi tərəfindən "erməni soyqırım"ını tanıyan qətnamənin nəzərdən keçirilməsinin əlehinə olduğunu bildirib.

Mufatyan təəssüf hissi ilə qeyd edib ki, baş nazir Tayyip Ərdoğanın tarixçilərlərdən ibarət Ermənistan-Türkiyə birgə komissiyasının yaradılması təklifi dəstək qazana bilmir, "Ajanpress"in məlumatında belə deyilir.

Çərşənbə günü Türkiyə hökumətinin kəskin etirazları, həmçinin Ağ Ev tərəfindən qətnamənin pisləməsi nəticəsində sənədin nəzərdən keçirilməsinin əsas təşəbbüskarlarından biri, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi "erməni soyqırımı"nı tanıyan qətnamənin qəbul olunacağına əmin olmadığını bildirib. Bu barədə o jurnalistlərə Konqresin bir neçə üzvünün Amerika-Türkiyə münasibətlərinirn korlanmasınldan ehtiyat edərək qətnaməni dəstəkləməkdən imtina etməsindən sonra bildirib.

Əvvəllər isə Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Ağ Evi qətnamənin qəbul olunmasına mane olmağa çağırıb. ABŞ-ın müxtəlif şəhərlərində, həmçinin Türkiyənin özündə sənədin qəbul olunmasına etiraz olaraq bir sıra aksiyalar keçirilib.

Buş Administrasiyasının əvvəl verdiyi məlumatda bildirilir ki, administrasiya Türkiyə əleyhinə olan qətnamənin qəbul olunmasının qarşısını almaq üçün addımlar atmaq niyyətindədir. Bu bəyanatdan sonra 21 amerikalı konqerssmen 106-cı qətnaməni dəstəkləməkdən imtina edib.

Xəbər lenti

Xəbər lenti