...

Gürcüstanın Mərkəzi Seçki Komissiyası Fazil Əliyevin prezidentliyə namizədliyinin geri götürülməsilə bağlı ərizəsini təmin edə bilmir

Dünya xəbərləri Materials 3 Dekabr 2007 16:32 (UTC +04:00)
Gürcüstanın Mərkəzi Seçki Komissiyası Fazil Əliyevin prezidentliyə namizədliyinin geri götürülməsilə bağlı ərizəsini təmin edə bilmir

Gürcüstan, Tbilisi / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanda prezidentliyə namizəd Fazil Əliyev bu gün Gürcüstan MSK-ya, prezident seçkisinə namizədliyinin geri götürülməsilə bağlı rəsmi müraciət edib. Gürcüstanın Mərkəzi Seçki Komissiyasının dəftərxanasından Trend ə verilən məlumata görə, komissiya Əliyevin ərizəsini nə təmin edə, nə də təmin etməkdən imtina edə bilir, belə ki, Fazil Əliyev prezidentliyə namizəd kimi qeydə alınmayıb.

Hazırki mərhələdə prezident postuna 18 namizəd 50 min səs toplayır ki, bu mərhələdən sonra onlar Gürcüstan prezidenti postuna namizəd kimi rəsmi olaraq qeydiyyatdan keçəcəklər.

"Prezident postuna namizədliyin geri götürülməsinə dair ərizə Əliyevin təşəbbüs qrupu tərəfindən təqdim olunmalıdır" - deyə MSK-dan bildiriblər.

Gürcüstan prezidenti postuna azərbaycanlı namizəd Əliyev şənbə günü Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin xatirəsinə Tbilisinin Meydan rayonunda ucaldılmış abidəsinin önündə prezident seçkisində iştirakdan imtina etdiyini bəyan edib. "Bizim üçün əsas məsələ Gürcüstanın prezident seçkildərində qələbə çalmaq deyildi, biz, sadəcə olaraq, Gürcüstanda milli azlığın fəallığına nail olmaq istəyirdik" - deyə Əliyev bildirib.

Keçmiş namizəd namizədliyinin geri götürülməsi barədə müraciətin özü və ya onun təşəbbüs qrupu tərəfindən edilməsində heç bir problem görmür. Əliyev Trend ə müsahibəsinə bildirib ki, əsas odur ki, o, seçkiqabağı kampaniyanı davam etdirməyəcək, lakin siyasətdən getməyi planlaşdırmır. "Bu günlərdə mən yeni partiya yaradacağam və bu partiya gələcəkdə parlament və prezident seçkilərində iştirak edə biləcək" - deyə Əliyev bildirib.

Əlieyevin sözlərinə görə, yeni partiyanın məqsədi Gürcüstan azərbaycanlılarının layiq olduqları yaxşı həyat şəraitini təmin etməkdir.

Xəbər lenti

Xəbər lenti