...

Maradona Irana səfər edəcək

Dünya xəbərləri Materials 24 Dekabr 2007 16:54 (UTC +04:00)

Azərbaycan, Bakı / "Trend müxbir D.Xatınoğlu/ Argentinanın məşhur futbolçusu Dieqo Maradona İran prezidenti və əhalisi ilə görüşmək üçün İrana səfər edəcək. İRNA Agentliyinin dekabrın 24-də yaydığı məlumata əsasən, Maradona İranın Argentinadakı səfirinin vəzifələrini yerinə yetirən Möhsün Nəharvənd ilə görüşündə, idman köynəyini ona hədiyyə edib. Köynəyin üstündə "İran xalqına" sözləri yazılıb.

Futbol ulduzu bildirib ki, İranı və iranlıları qəlbən sevir, İran prezidenti Mahmud Əhmədinejadla görüşüb, onunla tanış olmaq arzusundadır.

Bundan əvvəl Maradona Kuba və Venesuela prezidentləri ilə görüşüb. 47 yaşlı Maradona, 20-ci əsrin ən yaxşı futbolçusu seçilib və 1986-cı ilin çempionatında iştirak edib. Argentiniya həmin ildə dünyada birinci olub.

Xəbər lenti

Xəbər lenti