...

İsraildə Dünya Azərbaycanlıların Həmrəylik Günü qeyd olunub

Dünya xəbərləri Materials 30 Dekabr 2007 18:14 (UTC +04:00)

İsrail, Qüds / Trend , müxbir R.Abdullayev/ Dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar və Azərbaycandan olan mühacirlər Azərbaycan mədəniyyəti, dili, ənənələri və mentalitetinin layiqli davamçıları kimi çıxış etməlidirlər. Bu barədə Yaxın Şərq Azərbaycanlıları Konqresinin prezidenti Aleks Şapiro-Suliman Xolon şəhərində Dünya Azərbaycanlılarını Həmrəylik Gününün qeyd olunması münasibətilə bildirib.

Prezidentin fikrincə, Konqres əsl Azərbaycan diasporu kimi İsrail və Azərbaycan arasında əməkdaşlıq maraqlarını təqdim etməyə, qorumağa qadirdir.

"Biz bunları əsrlərlə dostluq, əməkdaşlıq telləri ilə bağlı olan Azərbaycan və yəhudi xalqının naminə edirik" - deyə Şapiro Suliman bildirib.

Konqresin diaspor üzrə vitse-prezidenti Rabay Xananayev Azərbaycan və yəhudi xalqları arasında münasibətləri əsl dostluq nümunəsi adlandırıb. O qeyd edib ki, yəhudi və Azərbaycan xalqları 2000 ildən çoxdur ki, mövcuddur vəbir-birini heç vaxt təqiblər və təhqirlərə məruz qoymayıblar.

"Azərbaycanda antisemitizm yoxdur və heç vaxt olmayıb" - deyə Xananayev qeyd edib.

"Qeyd etməyə dəyər ki, azərbaycanlı mühacirlərin İsraildə 10-15-ildən çox yaşamasına və əsl israilli olmasına baxmayaraq, onlar öz köklərini, mədəniyyətini, dillərini, gəldikləri ölkənin ənənələrini unutmurlar" - deyə Konqresin vitse-prezidenti, professor, Xolon Texnologiya İnstitutunun fizika fakültəsinin rəhbəri Bəxtiyar Yaqubov deyib.

Konqresin vitse-prezidenti, tarix elmlər namizədi, Qüdsün Ben-Svi İnstitutunun əməkdaşı Leya Mikdaş-Samuel qeyd edib ki, Azərbaycanda yəhudilər və azərbaycanlılar arasında tarixən dözümlülük mühiti yaranıb. "Qədim və əzablı tarixə malik olan yəhudilər artıq yüz illərdir ki, azərbaycanlılarla çiyin-çiyinə dostluq, mehribaq qonşuluq və sakitçilik şəraitində yaşayırlar" - deyə vitse-prezident bildirib.

Yaxın Şərq Azərbaycanlıları Konqresinin Şimal dairəsinin sədri Babir Namazov Azərbaycan xalqının faciələrini ununtmamağa çağırıb və Azərbaycana, Azərbaycan xalqının Qarabağ faciəsinə həsr olunmuş vətənpərvər ruhlu şerlərini oxuyub.

Yaxın Şərq Azərbaycanlıları Konqresinin təşkil etdiyi tədbirdə Azərbaycan diasporunun görkəmli nümayəndələri ilə yanaşı, İsrailin siyasi və işgüzar dairələrinin nümayəndələri, İsrail parlamentinin deputatları, eləcə də Türkiyə, Gürcüstan və Qazaxıstanın diplomatik korpusunun İsrailə akkreditə olunmuş nümayəndələri də iştirak ediblər.

Yaxın Şərq Azərbaycanlıları Konqresinin növbəti layihəsi 2008-ci il yanvarın 21-də Rişon Le Sion şəhərində Azərbaycanın Mədəniyyət Mərkəzinin açılmaşı olacaq. Mərkəz İsrail ərazisində yaşayan və ənənələrin, dilin, mədəniyyətin və ölkə tarixinin qorunub saxlanmasında maraqlı olan azərbaycanlıları bir araya gətirəcək.

Xəbər lenti

Xəbər lenti