...

Gürcüstandakı prezident seçkilərində fəallıq saat 12 üçün 16 faiz təşkil edib

Dünya xəbərləri Materials 5 Yanvar 2008 16:20 (UTC +04:00)

Gürcüstan, Tbilisi / Trend , müxbir N.Kirtsxalia/ Bütün Gürcüstan üzrə prezident seçkilərində fəallıq saat 12.00 üçün 16 faiz təşkil edib. Bu barədə şənbə günü Mərkəzi Seçki Komissiyasında keçirilən brifinqdə mətbuat katibi İrakli Porçxidze məlumat verib.

Onun sözlərinə görə, Sameqrelo, Liaxvsk regionlarında daha çox fəallıq müşahidə olunur. Porçxidze qeyd edib ki, Tbilisidə saat 12.00 üçün seçici fəallığı 14,78 faiz təşkil edib. Ən fəal seçicilər Didube və Nadzaladevidədir. Ən az fəallıq isə İsanidə müşahidə olunur.

Porçxidze bildirib ki, seçkilər pozuntusuz və sakit şəraitdə keçir. "Bizdə bir sıra pozuntular barədə məlumat var və onlara reaksiya göstəriləcək" - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti