...

Gürcüstanda prezident seçkilərində əsas beynəlxalq demokratik prinsiplərə riayət olunub - Metyu Brayza

Dünya xəbərləri Materials 9 Yanvar 2008 11:23 (UTC +04:00)

Gürcüstan, Tbilisi / Trend , müxbir N.Kirtsxalia / Gürcüstanda prezident seçkilərində əsas beynəlxalq demokratik prinsiplərə riayət olunub. Bu barədə ABŞ dövlət katibinin Avroasiya məsələləri üzrə köməkçisi Metyu Brayza bildirib.

"Bu amili ATƏT və Avropa Şurasının müşahidəçiləri də təsdiq edib. Biz həmçinin, Avropa İttifaqının bu seçkilərin Gürcüstan tarixində ən rəqabətli seçkilər olmasına dair rəyi ilə də razıyıq" - deyə Brayza vurğulayıb.

O, eyni zamanda pozuntuların olduğunu da qeyd edib və bildirib ki, bunlar gələcəkdə düzəldilməlidir. "Gürcüstanda keçiriləcək parlament seçkiləri daha demokratik və azad olmalıdır, pozuntulardan qaçmaq lazımdır" - deyə Brayza əlavə edib.

Onun sözlərinə görə, prezident seçkiləri Gürcüstanın iradəsini təzahür etdirdi.

Xəbər lenti

Xəbər lenti