Gürcüstana bazar günü Avropa ittifaqının "üçlüyü" rəsmi səfər edəcək. Bu barədə, jurnalistlərə Gürcüstanın XİN informasiya Departamentində bildiriblər, RİA Novosti xəbər verir.
Nümayəndə heyyətinə daxildir - Sloveniynın Xarici işlər naziri və Aİ-nın hazırki sədri Dmitriy Rupel, Avropa İttifaqının xarici əlaqələr üzrə ali komissarı Benita-Ferrero Valdner, Aİ-nın Cənubi Qafqazda şəxsi numayəndəsi Piter Semnebi.
Səfər çərçivəsində Gürcüstanın rəhbərliyi ilə görüşlər nəzərdə tutulub. Müzakirə ediləcək mövzularının içində Gürcüstanın və Aİ-nın birgə layihəsi olan vropa Qonşuluq Siyasəti Fəaliyyət Planının icrası, Aİ-lə insan hüquqlarına dair əməkdaşlıqın inkişafı, azadlıq və təhlükəsizlik, həmçinin ticarət sahəsində, Gürcüstanın daxilində olan münaqişələrin həlli və regional əməkdaşlıq olacaq.