...

İsrail ordusu Dimondakı terror aktına cavab verib

Dünya xəbərləri Materials 4 Fevral 2008 18:27 (UTC +04:00)

İsaril təyyarəsi Qəzzə zolağının şimal hissəsində döyüşçülərin olduğu maşına zərbə endirib. Bu aviazərbə nəticəsində üç terrorçu yaralanıb. Zərərçəkənlərin çatdırıldığı xəstəxananın tibb işçiləri onlardan ikisinin ağır yaralı olduğunu qeyd ediblər. Bu barədə MIGNEWS Agentliyi məlumat verib.

Qəzzədə Səhiyyə Nazirliyinin nümayəndəsi Moaiya Həsənain avtomobilin Beyt-Lahiya şəhəri yaxınılığında atəşə tutulduğunu bildirib.

Bir qədər sonra, döyüşçülərdən birinin oldüyü haqqında məlumat daxil olub. Söhbət "Xalq Müqaviməti Komitələri"-nin döyüşçü qanadının rəhbərindən gedir. Qəzzə zolağının bu rayonu fələstinli döyüşçülər tərəfindən tez-tez İsrail ərazsinin raket atəşinə tutulması üçün istifadə edilir.

İsrail Müfadiə Ordusunun mətbubat xidməti bu məlumatı, hələ ki, şərh etmir.

Xəbər lenti

Xəbər lenti