...

Türkiyə AES tikmək istəyir və bu prsesdə Rusiyanın aktiv iştrakını arzulayır - Türkiyənin XİN başçısı

Dünya xəbərləri Materials 21 Fevral 2008 01:54 (UTC +04:00)
Türkiyə AES tikmək istəyir və bu prsesdə Rusiyanın aktiv iştrakını arzulayır -  Türkiyənin XİN başçısı

Rusiya, Moskva, 20 fevral / müxbir Trend R.Ağayev / "Biz atom elektrostansiyasını tikmək niyyətindəyik və bu prosesdə Rusiyanın aktiv iştrakını arzulayırıq". Bunu Moskvada RF səfərin yekununa həsr olunmuş mətbuat konfransında Türkiyənin xarici işlər naziri Əli Babacan deyib.

Türkiyə və Rusiya iqtisadi əlaqələr barəsində deyən Ə.Babacan enerji sahəsində olan əməkdaşlığı vurğulayıb. Bu konteksdə o, 2006-ci ilin dekabr ayında Rusiyanın ASC "Qazprom" və türkiyənin "BOTAŞ" şirkətləri arasında bağlanmış müqaviləni qeyd etdi. O onuda qeyd etdi ki, Rusiya maye qazı türkiyənin Ceyhan limanında saxlamağa maraqlıdır.

Həmkarı S.Lavrov ilə, sənayyə və energetika naziri V.Xristenko ilə və iş adamları ilə görüşündə türkiyənin naziri Türkiyə və Rusiya arasında iqtisadi və ticari əlaqlərin inkişaf etdiyini bildirmişdir. Türkiyənin XİN başçısının söylədiyinə görə, Türkiyə və Rusiya arasında olan mal dövriyyəsi 2007-ci ildə $20 mlrd. təşkil etmişdir, Türkiyənin rusiyada tikinti şirkətlərinin götürdüyü işlərin ümumi məbləği $26 mlrd. təşki etmişdir.

"Rusiya Türkiyənin ikinci xarici iqtisadi partnyorudur, türkiyə isə Rusiyanın ixracında dördüncü yeri tutur", deyə nazir onuda vurğuladı ki, keçən il ərzində Türkiyəyə 2,5 mln. rusiyalı turist gəlib.

Türkiyənin xarici işlər nazirinin sözlərinə görə, keçən il ərzində türkiyənin sərmayyələrinin rusiya iqtisadiyyatına qoyuluşu $6 mlrd, əks halda isə $4 mlrd. təşkil edib.

Ə.Babacan bildirib ki, 2008-ci il Rusiyada Türkiyənin mədəniyyəti ili elan olunub və çoxsayda tədbirlərin keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti