...

BMT Təhlükəsizlik Şurası Yaxın Şərqdə baş verən zorakılığı pisləyib

Dünya xəbərləri Materials 2 Mart 2008 10:08 (UTC +04:00)
BMT Təhlükəsizlik Şurası Yaxın Şərqdə baş verən zorakılığı pisləyib

BMT Təhlükəsizlik Şurasının üzvləri Yaxın Şərqdə baş verən zorakılığı pisləyiblər, İsrailin cənubunda və Qəzza sektorunda mülkü vətəndaşların ölməsi ilə əlaqədar öz narahatçılıqlarını bildiriblər. Bu barədə Təhlükəsizlik Şurasına sədrlik edən Rusiyanın BMT daimi nümayəndəsi Vitaliy Çurkin deyib.

İsrailin BMT daimi nümayəndəsi Daniel Karmon Təhlükəsizlik Şurasının israilin Qəzzada keçirdiyi əməliyyatlara həsr edilmiş iclasında bildirib ki, Yaxın Şərqdə vəziyyətin pisləşməsi məsuliyyəti HƏMAS döyüşçülərinin üzərinə düşür.

İsrailin HHQ şənbə günü fələstin ərazilərinin bambardmanları nəticəsində Qəzza sektorunda 60 yaxın insan ölüb, onların içində qadınlar və uşaqlar, 200 yaxın fələstinli yaralanıb. Bu barədə Qazeta.ru xəbər verir.

Xəbər lenti

Xəbər lenti