...

Kiyev enerji sammitində yeddi ölkə prezidenti iştirak edəcək

Dünya xəbərləri Materials 23 May 2008 16:17 (UTC +04:00)

Ukrayna, Kiyev, 23 may / Trend , müxbir Z.Novosvitski/ Kiyevdə keçirilən enerji təhlükəsizliyi məsələləri üzrə sammitdə yeddi ölkə prezidenti iştirak edəcək.

Ukrayna dövlət başçısının mətbuat xidmətinin məlumatına görə, sammitdə Ukrayna prezidenti Viktor Yuşşenko, Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstan prezidenti Mixail Saakaşvili, Latviya Respublikasının prezidenti Valdis Zatlers, Litva Respublikasının prezidenti Valdas Adamkus, Polşa Respublikasının prezidenti Lex Kaçinski, Estoniya Respublikasının prezidenti Toomas Xendrik İlves iştirak edəcək.

Sammitdə həmçinin energetika məsələləri üzrə Avropa Komissiyasının komissarı Andris Piyebalqs, Bolqarıstanın vitse-prezidenti Anqel Marin iştirak edəcəklər.

Sammitdə Qazaxıstan, Slovakiya Respublikası, ABŞ, Avstriya, Yunanıstan, Danimarka, İtaliya, FAR, Norveç, Türkiyə, Çexiya, BMT rəsmi şəxslərlə təmsil olunacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti