Gürcüstan, Tbilisi / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın Mərkəzi Seçki Komissiyası cümə axşamı parlament seçkilərinin yekun nəticələrini açıqlayıb. VMH konstitusiya çoxluğu əldə edəcək. MSK-nın mətbuat katibi Zurab Kaçkaçişvili bu gün keçirilən brifinqdə bildirib ki, dörd siyasi subyekt 5 faizlik baryeri aşa bilib və Gürcüstan parlamentinə düşüb.
Belə ki, Vahid Milli Hərəkat (VMH) 59,18% (Proporsianal sistem üzrə 48 mandat) səslə birinci, "Birləşmiş Müxalifət -Milli Şura - Yeni sağlar" 17,78% (15 mandat) səslə ikinci, Xristian Demokratik Hərəkat 8,66% (6 mandat) səslə üçüncü, Leyboristlər isə 7,44% (6 mandat) səslə dördüncü yerdə qərarlaşıblar. 150 deputatdan ibarət olacaq yeni parlamentdə fraksiya yaratmaq üçün 7nəfər lazımdır.
Digər partiyaların topladığı səslərin miqdarı:
№1. "Gürcüstan siyasəti" (lider Qoça Pipiya) - 0,46%
№2. Respublika partiyası (lider David Usupaşvili) - 3,78%
№3. "Sağ alyans: Topadze - "Sənayeçilər " - 0,93%
№6. "Gürcüstan İdmançılar İttifaqı" - 0,19%
№8. RadikalDemokratların Ümumgürcüstan Milli Partiyası (Şalva Kupraşvili) - 0,18%
№9. Xristian-Demokratik Alyansı (Qiya Maysaşvili) - 0,89 %
№11. Blok - "Ənənəvilik - "Bizim Gürcüstan" - Qadın Partiyası " - 0,44%
№12. "Bizim ölkə " (Tamaz Ququnişvili) - 0,12%.
MSK-nın məlumatına görə, 75 majoritar dairədən, 71 yeri Vahid Milli Hərəkat, 2 yeri Respublikaçılar, 2 yeri isə Birləşmiş Müxalifət alacaq.
Mövcud məlumatlara görə, VİH parlamentdə 119 yerlik konstitusiya çoxluğu alacaq. Seçkilərdə 3 465 736 seçici qeydiyyatdan keçib, 1 850 407seçici iştirak edib. 56 077 bülleten ləğv edilib.
İlikin məlumatlara görə, Gürcüstan prezidenti mayın 21-də keçirilən seçkilərdən sonra, 20 gün ərzində parlamentin ilk iclasını təyin etməlidir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]