...

Almatıda xalqların birliklərinin iştrakı ilə Qazaxıstan Xalqları Assambleyasının iclası keçirildi

Dünya xəbərləri Materials 11 İyun 2008 04:39 (UTC +04:00)

Qazaxıstan, Almatı, 11 iyun / Trend müxbir R.Məşədihəsənli/ Almatıda Qazaxıstanın Dövlət katibi Kanat Saudabayev sədirliyi ilə xalqların birliklərinin iştrakı ilə Qazaxıstan Xalqları Assambleyasının iclası keçirildi.

Dövlət katibi öncə ayrı-ayrı millətlərin milli rəmzləri, qədim əşyaları və geyimlərindən ibarət təşkil olunmuş sərgiyə baxdı. Qazaxıstan Respublikası "Azərbaycanlıları assosiasiyası" İctimai Birliyinin sədri Əbülfəz Xamedov Azərbaycan stendindəki nümunələrlə dövlət rəsmilərini tanış etdi və Azərvaycan-Qazaxıstan xalqları arasında dostluq, əməkdaşlıq əlaqələrindən danışaraq 1932-37-ci illərdə soydaşlarımız Qazaxıstan çöllərinə sürgün olunduğu vaxt qazax türklərinin onlara himayə durduğu üçün minnətdarlığını bildirdi.

K.Saudabayev qeyd etdi ki, ölkə başçısı tərəfindən yaradılan Qazaxıstan Xalqları Assambleyası (QXA) Qazaxıstan xalqlarının birliyini əks etdirərək dünyada analoqu olmayan bir unikal ictimai institutdur. N.Nazarbayevin dediyi kimi: "Assambleyanın tarixi dövlətimizin sabitliyinin tarixidir".

Dövlət katibi daha sonra dedi: "Assambleyanın 13 illik fəaliyyəti onu göstərir ki, dövlət başçısının milli siyasəti uğurla davam edir və bundan sonra da çoxmilli Qazaxıstanın hər bir etnik xalqının milli maraqlarına uyğun davam edəcəkdir".

"Dəyirmi masa"da etnik azlıqların qarşılaşdığı problem və çatışmazlıqların aradan qaldırılması, QXA statusunun müəyyənləşdirilməsi məqsədilə işçi qrupu yaradıldı.

İşçi qrupunun ilk toplantısını iyunun 18-də keçirmək qərara alındı.

Xəbər lenti

Xəbər lenti