Gürcüstan, Tbilisi, 16 iyun/ Trend müxbir N.Kirtsxaliya/Gürcüstan-osetin münaqişə zonasının həddindən çox hərbiləşdirilməs regiondakı vəziyyəti son dərəcə gərginləşdirir. Bu barədə jurnalistlərə hərbi ekspert Koba Liklikadze məlumat verib.
"Regionda nəzarətdən kənar çox sayda silah var ki, bu, partlayışlara və atışmalara səbəb olub. Hələ dörd il əvvəl münaqişə zonasının demilitarizasiya edilməsini təklif etmiş Gürcüstanın keçmiş Baş naziri Zurab Jvaniyanın planı ilə yenidən məşğul olmaq lazımdır", - o qeyd edib.
Liklikadzenin sözlərinə görə, başlamış proses Moskva həmin prosesi sonadək çatdırmaq istəmədiyi üçün dayandırılıb. "Bundan sonra Rusiya münaqişə zonasını daha çox silahla doldurub və hazırda belə layihəni həyata keçirmək daha çətindir", - ekspert hesab edir. Lakin o əmindir ki, demilitarizasiya olmadan dinc nizamlama üzrə nəticə əldə etmək mümkün deyil.