Azərbaycan, Bakı, 16 iyul/ Trend , müxbirlər E.Tariverdiyeva, R.Hafizoğlu/Haaqa tribunalının bu həftə Sudan prezidenti Ömər əl-Bəşirə qarşı irəli sürdüyü ittiham Darfurdakı siyasi vəziyyəti mürəkkəbləşdirir.
"Ömər əl-Bəşirə qarşı irəli sürülmüş ittiham, əvvəllər nail olunmuş siyasi tarazlığı pozacaq", - Trend -a Sudan parlamentinin rəsmi nümayəndəsi Zübeyr Osman deyib.
Haaqadakı beynəlxalq cinayət məhkəməsi Sudan prezidenti Ömər əl-Bəşirin, Darfurun qərb əyalətində bəşəriyyətə qarşı törətdiyi cinayətlərə görə, həbsinə orderin verilməsini tələb edir. Sənədə əsasən, əl-Bəşirin rəhbərliyi altında ən azı 35 min dinc sakin öldürülüb, 265 minədək insan isə, öz yurdalrını tərk etməyə məcbur olub. Sudan prezidenti humanitar və hərbi cinayətlərdə də günahlandırılır.
Ekspertlər hesab edirlər ki, Sudan prezidentinə qarşı irəli sürülmüş ittiham nəticəsində, Darfur problemi indikindən də artıq müqayisəedilməz mürəkkəb miqyas alacaq.
Sudan üzrə amerikali ekspert Devid Şinn (David Shinn) hesab edir ki, Haaqa tribunalı həbsə order versə, əl-Bəşirə qarşı irəli sürülmüş ittihamları dəstəkləmiş olar və BMT qərarın dəyişdirilməsi üçün heç bir tədbir görməsə, bu, Darfuradakı vəziyyəti mürəkkəbləşdirər.
"Hesab edirəm ki, bu, hər şeydən əvvəl, Darfurdakı vəziyyətə mənfi təsir göstərəcək" - Trend -a Corc Vaşinqton Universitetinin professoru Şinn bildirib.
Ekspertlərin fikrincə, Haaqa tribunalının ittihamları əsassızdır.
Sudan parlamentinin rəsmi nümayəndəsi qeyd edib ki, Sudan hökuməti Sudan prezidenti Ömər əl-Bəşirə qarşı irəli sürülmüş ittihamlardan heç birini qəbul etmir.
"Bu ittihamlardan heç birinin əsası yoxdur və Haaqa tribunalı ittihamların irəli sürülməsində əsaslı dəlillərə malik deyil", - Xartumdan telefonla Zubeyr deyib.
Ekspertin sözlərinə görə, ABŞ kimi, Sudan da Haaqa tribunalı ilə razılaşmanı nə imzalayıb, nə də onu təsdiq edib. Buna görə də, Beynəlxalq məhkəmənin, sadəcə olaraq, əl-Bəşirin verilməsini tələb etmək hüququ yoxdur.
Şinnin fikrincə, hələlik nəticələrdən danışmaq tezdir. Çünki hüquqi proses qısa müddətdir ki, davam edir. Sudan hökuməti Haaqa tribunalının ittihamlarını rədd edib və indi Haaqadakı üç hakim ixtiyar sahibidir.
Onlar sübutları nəzərə alaraq əl-Bəşirin həbsinə order verilməsinin lazım olub-olmadığına qərar verməlidirlər. Bu prosesə üç ay vaxt lazımdır, - ekspert aydınlaşdırıb.
"Haaqa tribunalının
hakimləri ittihamlara tərəfdar çıxsalar, mən
belə hesab edirəm ki, bu, Darfurdakı sülh prosesini
mürəkkəbləşdirəcək. Eyni zamanda, Sudan
həm BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləri
- Çin və Rusiya ilə, həm də daimi olmayan Afrika
və Yaxın Şərqdən olan üzvlərlə,
əl-Bəşiri qane etməyən Beynəlxalq cinayət
məhkəməsinin qərarının ləğv
edilməsi və ya yubadılması üçün
işlər görməkdə davam edəcək", - Şinn
deyib.
Ekspert, yaxın aylarda əl-Bəşirlə bağlı
vəziyyət aydınlaşmasa, Darfurdakı
vəziyyətdə dəyişikliyin olacağına
şübhə edir. Politoloq hesab edir ki, Afrika
İttifaqının və BMT-nin qoşunları regionda
qalacaqlar. Onların sayı artırılmasa da,
təhlükəsizlik sahəsində vəziyyət
nəzərə çarpacaq qədər dəyişməz
olaraq qalacaq.
. "Sudan hökuməti, yəqin
ki, müəyyən addımlar atacaq. Eyni zamanda,
əl-Bəşir həbs olunmasından ehtiyat edərək,
Sudan və dost ölkələrin ərazisində qala
bilər", - Şinn deyib.
Haaqa tribunalı, Nürnberq tribunalının məntiqi varisi
kimi, zəmanəmizdə hərbi canilər
üzərində beynəlxalq ədalətin həyata
keçirilməsi üçün BMT tərəfindən
təsis edilib. Onun yaradılmasına təkan keçmiş
Yuqoslaviyada totalitar rejimin kommunist diktatoru Slobadan
Miloşeviçin bəşəriyyətə qarşı
törətdiyi cinayətlər olub.
"Əl-Bəşir ölkədə siyasi islahatlar aparır. Onu genosiddə günahlandırmaq olmaz. Sudanın bütün əhalisi, dini etiqad və sosial vəziyyətindən asılı olmayaraq, öz prezidentlərini dəstəkləyirlər", - Sudan parlamentinin rəsmi nümayəndəsi qeyd edib.