...

Qazaxıstanlılar yeni biometrik pasportlar alacaqlar

Dünya xəbərləri Materials 18 İyul 2008 20:00 (UTC +04:00)

Qazaxıstan, Almatı, 18 iyul/ Trend , müxbir R.Məşədihəsənli/ Cari ilin noyabrından etibarən, qazaxıstanlılar beynəlxalq tələblərə cavab verən biometrik pasportlar alacaqlar. Bununla da, Qazaxıstan Respublikasının vətəndaşları maneəsiz şəkildə Avropa İttifaqı ölkələrinə səfər edə biləcəklər. 2009 - cu ilin iyulundan Aİ ölkələrində sərhəd-buraxılış nəzarəti qaydaları sərtləşdirilir.Milli pasportun yeni nümunəsi cümə axşamı, Ədliyyə Nazirliyinin İnformasiya-İstehsal Mərkəzində təqdim olunub.

Pasportu hazırlayanların sözlərinə görə, onun texnoloji imkanları, demək olar ki, saxtalaşdırmanı istisna edir. Yeni pasport sahibinə beş min təngəyə ($41,6) başa gələcək. Ədliyyə Nazirliyinin Qeydiyyat Xidməti Komitəsinin sədr müavini Bahıt Abişevin sözlərinə görə, biometrik pasportların dövlət sifarişini aparılan tenderin nəticələri üzrə bu hüququ qazanan banknot fabriki yerinə yetirəcək.

Almatılı jurnalistlər Ədliyyə Nazirliyinin İnformasiya-İstehsal Mərkəzinin daxilinə buraxılan ilk kənar şəxslər olublar. Burada supermüasir avadanlıqlarda Qazaxıstan vətəndaşları üçün biometrik pasportlar istehsal ediləcək. Bir il üçün artıq 750 min blank hazırlanıb -kompleksin isthesal gücü məhz bu qədərdir. Qazaxıstanlılar yeni pasportları artıq bu ilin noybarından ala biləcəklər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti