...

Bazar günü Tehranda 30 nəfər edam olunacaq

Dünya xəbərləri Materials 26 İyul 2008 12:25 (UTC +04:00)
Bazar günü Tehranda 30 nəfər edam olunacaq

Azərbaycan, Bakı, 26 iyul / Trend , müxbir T.Cəfərov / Tehranda iyulun 27-də 30 nəfər edam olunacaq. Tehran şəhər prokrorluğundan verilən məlumata görə, bu şəxslər Tehranda narkotik maddələrin qaçaqmalçılığında, xuliqanlıq və əxlaqsızlıqda günahlandırılırlar. Bu barədə Tehran şəhər prokrorluğunun rəsmi saytı məlumat yayıb.

Son günlərdə İranın Tehran, Əhvaz, Səbzvar şəhərlərində 13 nəfər müxtəlif hökmlərlə ictimaiyyətin gözü qarşısında edam olunub.

2007-ci ilin sentyabr ayında BMT İaş Assambeleyası edam cəzasının ləğv olunmasına dair qətnamə qəbul edib.

2008-ci ilin yanvar ayında İranın ədliyyə naziri Ayətullah Mahmud Haşimi Şahrudi açıq edamlara qadağa qoymuşdu. Amma Haşimi  "sosial ehtiyac" oldüğü halda onun imzası altında bu qadağadan kənara çıxmanın mümkünlüyünü də qeyd etmişdi.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti