...

Gürcüstan sərhəd polisinin Laqodexi bazasında ATƏT-in himayəsi altında Gürcüstan-Azərbaycan birgə təlimləri keçiriləcək

Dünya xəbərləri Materials 6 Avqust 2008 20:42 (UTC +04:00)

Gürcüsan, Tbilisi, 06 avqust/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın sərhəd polisinin Laqodexi bazasında Gürcüstan və Azərbaycandan olan 16 sərhədçi və gömrükçü birgə təlimlər keçəcəklər. Sərhəd polisinin mətbuat xidmətindən bildiriblər ki, təlimlər çərşənbə günü başlayıb və transsərhəd cinayətlərinin qarşısının alınmasına həsr olunub.

Onlar sərhədlərin təhlükəsizliyi prosesinə cəlb olunmuş dövlət idarələrinin faəliyyətini koordinasiya etməyi də qarşıya məqsəd qoyurlar. ATƏT-in təlimatçıları iki ölkə sərhədçilərini saxta pasport və sənədlərin tanınmasına öyrəcədək, qeyri-qanuni miqrasiya, trafikinqin aşkar edilməsi, kütləvi qırğın silahları daşınmalarının qarşısının alınması üzrə nəzəri kurs aparacaqlar.

ATƏT-in yeni tədris proqramı çərçivəsində belə təlimlər artıq idarənin Batumi, Axalsıx və Qırmızı Körpü bazalarında aparılıb. Təlimlərdə Gürcüstan, Türkiyə və Azərbaycandan sərhədçi və gömrükçülər iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti