...

Kanada, ABŞ və Polşa gəmilərinin Qara dəniz akvatoriyasına daxil olacağı gözlənilir – RF Baş Qərargahı rəisinin müavini

Dünya xəbərləri Materials 19 Avqust 2008 15:42 (UTC +04:00)

Rusiya, Moskva, 19 avqust/ Trend müxbir R.Ağayev/ Avqustun sonunadək sülhməramlı missiyanın yerinə yetirilməsi üçün Kanada, ABŞ və Polşa gəmilərinin Qara dəniz avkatorsiyasına daxil olacağı gözlənilir, -RF Baş Qərargahı rəsinin müavini Anatoli Noqovitsın çərşənbə axşamı Moskvada keçirilən brifinqdə bildirib.

Avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcüstan qoşunları Tsxinvaliyə daxil olub. Sonradan Rusiya qoşunları şəhəri tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.

Avqustun 12- də RF prezidenti Dmitri Medvedyev bildirib ki, Gürcüstanı sülhə məcburetmə əməliyyatının başa çatması barədə qərar qəbul edib.

Gürcüstan ərazisində Rusiyanın sülhməramlı qüvvələri və beynəlxalq müşahidəçiləri saxlamaq qərara alınıb.

"QD sülhməramlı vəzifəsinin icrasını davam etdirir. Əldə olan məlumata əsasən, avqustun sonunda Kanada, ABŞ və Polşa gəmilərinin Qara dəniz akvatoriyasına daxil olacağı gözlənilir", - Noqovitsın bildirib.

Xəbər lenti

Xəbər lenti