Padui Universiteti siyasi şöbəsinin (ABŞ) rəhbəri, ABŞ hökumətinin siyasi quruluşu haqqında məqalələr və "The Bush Presidency: First Appraisals" kitabının müəllifi Bert Rokman (Bert A. Rockman), xüsusi olaraq Trend üçün.
ABŞ siyasi dairələrində son vaxtlar baş verənlər ölkənin hazırkı administrasiyası üçün tam xarakterikdir. Bu dövr ərzində Rusiyanın Cənubi Osetiyadakı fəaliyyəti ilə bağlı düşünülməmiş bir çox rəy və düşüncələrini səsləndirildi.
ABŞ administrasiyası və siyasətçiləri düşünməli idilər ki, ABŞ öz sərhədləri yaxınlığında baş verən analoji "təxribat"a necə reaksiya verərdi. Cavab sadədir: amerikalalır rusların elədiklərini edərdilər, xüsusilə də NATO -nun Kosovo doktirinası baxımından.
Rusların cavabı gözlənilən idi. Bu, rusların reaksiyası deyil, bu, böyük dövlətlərin öz təsir dairələrində təhlükə yarandığı zaman hansı addımı atması məsələsidir. Bütün böyük dövlətlər rusların etdiklərini edir. Mən Rusiyaya haqq qazandrmıram. Bu, sadəcə olaraq reallıqdır.
Senator Barak Obama bildirib ki, ABŞ Rusiyanı təhdid etmədən onunla əməkdaşlıq etməlidir və o, bu fikrində haqlıdır. Respublikaçılar partiyasından olan namizəd Con Makkeyn öz "soyuq müharibə" baxışları ilə tarixə düşdü və onun fikir və rəyləri qismən də olsun belə strateji deyil. Heç bir böyük dövlət onun maraqlarına zidd olan ölkəni yaxın ərazi mühiti qismində qəbul etməyə razı olmaz. Buş Administrasiyası siyasətçiləri, ola bilsin ki, son zamanlar söylədikləri fikirləri qəsdən deməyiblər, lakin mən əminəm ki, baş verən hadisələr və Makkeyn kampaniyaları arasında heç bir əlaqə yoxdur. Düşünürəm ki, Rusiya qarşıdurmasından bir qədər əvvəl ABŞ hökumətinin yüksək vəzifəli şəxsləri Gürcüstan hökumətini Cənubi Osetiyadakı olduqca təcavüzkar əməliyyatlardan çəkindirməyə çalışırdılar.
Müəllifin rəyi Trend İnformasiyfa Agentliyi redaksiyasının rəyi ilə üst-üstə düşməyə bilər.