Gürcüstan, Tbilisi, 20 avqust/ Trend müxbir N.Kirtsxaliya/" Siz yalnız öz azadlığınız deyil, ABŞ və Avropanın da azadlığı uğrunda mübarizə aparırsınız", - ABŞ Senatının nümayəndəsi Co Libberman Gürcüstan parlamenti çoxluğunun üzvlərinə belə müraciət edib.
Avrointeqrasiya üzrə parlament komitəsinin sədri David Darçiaşvili bildirib ki, amerikalı senatorlar Gürcüstan prezidenti Mixail Saakaşvilinin parlament çoxluğu ilə görüşünə qoşulub və ölkədəki hadisələrlə əlaqədar öz mövqelərini müəyyən ediblər.
Parlamentarinin sözlərinə görə, ölkədə cərəyan edən bütün proseslər kimi, bu gün keçirilən görüşün təfərrüatları da şəffafdır. "Bu heç kimə sirr deyil. Nadir haldır ki, həm cəmiyyət, həm də rəhblərikdə birlik göz qabağındadır", - Darçiaşvili qeyd edir.