Gürcüstan, Tbilisi, 24 avqust / Trend müxbir N.Kirtsxalia/ Gürcüstanın Qori şəhəri yaxınlığında "AZPETROL" şirkətinə məxsus yanacaqla dolu qatarda yanğın düşüb. Bu barədə Qori şəhər administrasiyasından məlumat veriblər.
Bəlli olub ki, partlayış Skradakı hərbi bazada baş verib. Həmin bazanı iki gün əvvəl rus əsgərləri getməzdən əvvəl minalayıblar. Bu gün orada partlayış baş verib və bunun nəticəsi olaraq yaxınlıqda dayanın neft məhsulları ilə yüklü qatarda yanğın əmələ gəlib.
Bu qatarın hərəkəti rus qoşunlarının Qrakali kəndi yaxınlığındakı körüpünü partladıqdan sonra dayandırılıb. Körpünün sıradan çıxması nəticəsində Qərbi və Şərqi Gürcüstan arasındakı dəmir yolu əlaqəsi dayandıb.
Qatardakı yanğının sondürülməsi məqsədilə gürcü yanğınsöndürənləri fəaliyyət göstərirlər. Ümumillikdə dəmir yolunda 13 vaqon yanıb. 24 vaqonu isə təhlükəsiz yerə aparmaq mümkün olub.