Qırğızıstan, Bişkek, 24 avqust Trend R.Məşədihəsənli/ Qırğızıstan FHN-i növbətçi dispetçer məntəqəsindən nazirliyin əməkdaşı Sergey Olşanskinin Trend müxbirinə verdiyi məlumata görə, їBOİNG-737 sərnişin təyyarəsinin qəzası zamanı Cangicer qəsəbəsi sakinləri və onların əmlakları heç bir zərər görməyib. Bişkek їManasї Beynəlxalq hava limanının enmə-qalxma zolağından 2 km., qəsəbə səmtdən isə 10 km. aralı yerə çırpılan їBOİNG-737 sərnişin təyyarəsinin mühərrik hissəsində nasazlıq olduğu və bu barədə pilotun hava limanına vaxtında xəbər verdiyi bildirilir.
їBOİNG-737 sərnişin təyyarəsini hələ də söndürmək mümkün deyil. Yerli əhali də FHN əməkdaşlarına və yanğınsöndürənlərə kömək edirlər.
Nazirliyin növbətçi- dispetçer məntəqəsindən və milli cərrahiyyə xəstəxanasından Trend -a verilən məlumata görə, yaralananlar içərisində Qırğızıstanın Gənclərdən ibarət basketbol komandasının bir üzvü xəstəxanaya müraciət etmiş, dərhal da valideynləri ilə evlərinə buraxılıb.