...

Avropa Gürcüstanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləməlidir - prezident

Dünya xəbərləri Materials 1 Sentyabr 2008 13:30 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 01 sentyabr / Trend , müxbir N.Kirtsxaliya/ Avropa İttifaqı dövlətləri liderlərinin bazar ertəsi Brüsseldə keçiriləcək təcili iclasında Rusiyanın hərbi müdaxiləsinin nəticələri və onun Gürcüstan ərazilərinin qəsbini qanuniləşdirməsi məsələsi nəzərdən keçiriləcək. Bu barədə bir gün əvvəl əhaliyə xüsusi müraciətində Gürcüstan prezidenti Mixail Saakaşvili bildirib.

"Hamı gördü ki, Gürcüstan ərazilərnin böyük hissəsinin dağıdılması, parçalanması və mənimsənilməsi planı baş tutmadı", - deyə Saakaşvili bildirib.

Onun sözlərinə görə, bu gün Rusiya Sovet İttifaqının mövcud olduğu dövrdəki təcriddən daha çox təcridə məruz qalıb. Prezident bildirib ki, son hadisələrdən sonra dünyada, o cümlədən Fransa, Almaniya və digər ölkələrdə ictimai rəy əhəmiyyətli dərəcədə dəyişib.

"Mən bilmirəm sabah Brüsseldə nə olacaq. Lakin böyük proseslərin başlanğıcıdır. Gürcüstanın tam olaraq birləşməsi və həqiqi Avropa inteqrasiyası prosesi başlayıb", - deyə o bildirib.

Saakaşvili ümid edir ki, Avropa Gürcüstanı dəstəkləyəcək, Abxaziya və Cənubi Osetiyanın tanınmasını pisləyəcək. "Gürcüstana böyük dəstək hərəkatı başlayacaq. Biz Avropadan mənəvi və əxlaqi dəstək gözləyirik", - deyə Gürcüstan prezidenti bildirib.

Saakaşvili bütün dünyanın millətin vahid olmasına bir daha şahid olması üçün ölkə əhalisini bugünkü "canlı zəncir"də iştirak etməyə çağırıb. "Bizim birliyimiz hamını təəccübləndirib, belə ki, çoxları ölkənin dağılacağını gözləyirdi, lakin belə olmadı və bu, Gürcüstanın çoxetnikli birliyinin var-dövlətidir", - deyə obildirib.

Avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya Respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.

Avqustun 12-də RF prezidenti Dmitri Medvedyev bildirib ki, "Gürcüstanı sülhə məcburetmə əməliyyatı"nın dayandırılması barədə qərar qəbul edib.

Gürcüstan ərazisində Rusiya sülhməramlı qüvvələri və beynəlxalq müşahidəçilərin saxlanılması barədə qərar qəbul olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti