ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə müavini Deniel Frid bəyan edib ki, hazırda Rusiyadan kapitalın çıxarılması Moskvanın Gürcüstana zərbə endirməsinə görə ödəyəcəyi qiymətin ilk əlamətidir.
"Rusiyanın artan təcridinin qiymətini dərk etmək üçün ölkə liderlərinə və xalqına zaman tələb olunacaq", - deyə Frid sentyabrın 9-da Senatın hərbi qüvvələr üzrə komitəsində Gürcüstanla bağlı keçirilən dinləmələrdə çıxış edərkən bildirib.
"Son zamanlar Rusiyanın qiymətli kağızlar bazarından milyardlarla dolların tərk etməsi bu ölkənin davranışına görə ödəyəcəyi qiymətin ilk işartılarından biridir", - deyə amerikalı diplomat vurğulayıb.
"Rusiya iqtisadiyyatı investisiyalar, kapital və texnologiyalara çıxışı, habelə zaman ötdükcə qanun aliliyinə riayət edilməsini tələb edəcək", - deyən Frid xatırladıb ki, investorlar qərarlarını özləri verirlər, lakin eyni zamanda onlar öz tərəfdaşları ilə sabit əlaqələri və öz investisiyaları üçün proqnozlaşdırılan münbit şərait istəyirlər.
"Rusiya son hərəkətləri ilə göndərdiyi siqnaldan belə anlamaq olar ki, belə sabitliyə daha ümid etmək olar", - deyə Frid vurğulayıb. ( RİA Novosti ).