...

Timoşenko Ukraynanın Baş naziri vəzifəsindən istefa vermək fikrində deyil

Dünya xəbərləri Materials 17 Sentyabr 2008 19:12 (UTC +04:00)

Ukrayna, Kiyev, 17 sentyabr/ Trend , müxbir Z.Novovitski/Ukraynanın Baş naziri Yuliya Timoşenko bəyan edib ki, istefa vermək fikrində deyil. Bu barədə o, çərşənbə günü Nazirlər Kabinetində keçirilən mətbuat konfransında deyib.

Timoşenko koalisiya razılaşmasında hakim koalisiya dağılacağı təqdirdə, Baş nazir və parlament sədrinin istefaya getməsi ilə bağlı bəndin olmasını təsdiq edib.

Çərşənbə günü Arseni Yasenyuk Ukrayna Ali Radasının sədri vəzifəsindən istefa verib.

Timoşenko hesab edir ki, koalisiya dağılmayıb, "koalisiyadan komandasının bir hissəsi ilə, birtərəfli qaydada demokratik koalisiyaya xəyanət edən prezident çıxıb".  

"Hökumət və Baş nazir kimi mən, qoyun sürüsünə aid deyilik. Bir qoyun uçuruma gedəndə, qalan qoyunlar da onun ardınca tullanır. Biz uçuruma tullanmayacağıq və ölkədə stabil vəziyyəti yüksək səviyyədə saxlayacağıq", - Baş nazir əlavə edib.

Xəbər lenti

Xəbər lenti