...

Zuqdididə baş verən atışma nəticəsində polislər zərər çəkib

Dünya xəbərləri Materials 22 Sentyabr 2008 11:50 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 22 sentyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Bazar ertəsi səhər Abxaziya ilə inzibati sərhəddə, Zuqdidi rayonunun Xurça kəndində yerləşən postda tank əleyhinə minanın partlaması nəticəsində iki gürcü polisi yaralanıb. Hər iki yaralı Zuqdidi xəstəxanasına çatdırılıb.

Dünən gürcü polisi adı çəkilən postda abxaz tərəfinin silahlı hücumuna məruz qalıb. Atışma nəticəsində bir gürcü polisi ölüb, üçü isə yaralanıb. Zərər çəkənlər Zuqdidi xəstəxanasına çatdırılıblar.

Hücum edənlər atışmadan sonra Rusiya postu tərəfə gediblər. Rusiya tərəfi gürcü polisinin hücum edənləri təqib etməsinə imkan verməyib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov əvvəllər bildirib ki, Abxaziyadakı rus hərbçiləri artıq sülhməramlı deyillər. O, bu ərazilərdə yerləşən federal blokpostların hansı statusa malik olmasına aydınlıq gətirməyib. Rusiya Moskva tərəfindən tanınan Abxaziya ilə hərbi bazalara dair müqavilə bağlamayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti