...

Dünyada strateji tarazlığın təməli olan paritet pozulub- Rusiya XİN rəhbəri

Dünya xəbərləri Materials 30 Sentyabr 2008 01:36 (UTC +04:00)

Azərvaycan, Bakı / Trend / Dünyada təhlükəsizliyin tarazlığı son zamanlar dəfələrlə pozulub. İTAR -TASS-ın yaydığı məlumata əsasən, bunu BMT- də keçirilən mətbuat konfransında Rusiya Federasiyasının XİN rəhbəri Serqey Lavrov bildirib.

Lavrov raket əleyhinə müdafiə sistemlərinin Avropada yerləşdirilməsini, NATO -nun genişlənməsini, Alyans infrastrukturunun irəliləməsini, Bolqarstan və Rumıniyada yeni bazaların yaranmasını  misal göstərib. Lavrov deyib ki, dünyada strateji tarazlığın təməli olan paritet pozulub.  "Vladimir Putin tərəfindən səsləndirilən təklifimizə əməl olunsa idi, əminəm ki, məsələ ilə bağlı gərginlik yox olardı. Lakin amerikalı tərəfdaşlarımız təhlükənin birgə təhlilinə getmədilər və bizi yalnız ABŞ - ın gəldiyi nəticələrə qoşulmağa dəvət etdilər" -Rusiya xarici siyasət idarəsinin rəhbəri qeyd edib.

Xəbər lenti

Xəbər lenti