...

Astanada Beynəlxalq sülh və qeyri - zorakılıq Gününü qeyd ediblər

Dünya xəbərləri Materials 2 Oktyabr 2008 16:55 (UTC +04:00)

Qazaxıstan, Astana, 02 oktyabr/ Trend , müxbir K.Konırova/ Cümə axşamı Astanada Beynəlxalq sülh və qeyri - zorakılıq gününü qeyd ediblər, - Trend -un Qazaxıstan paytaxtındakı xüsusi müxbiri xəbər verib.

Astana şəhərinin Milli Kitabxanasında diplomat, jurnalist və tələbələr yığışıblar. BMT- nin Baş Assambleyası oktyabrın 2-ni - Mahatma Qandinin doğim gününü Beynəlxalq sülh və qeyri - zorakılıq günü elan edib. Bununla əlaqədar olaraq, Astanada "Sülh və qeyri-zorakılıq: müasir dünyada Qandi fəlsəfəsinin aktuallığı"forumu keçirilib. Forumun təşkilatçısı qismində Hindistan səfiriliyi çıxış edir.

Bu ölkənin səfri Aşok Sancar tədbiri açaraq xatırladıb ki, Mahatma Qandini müstəqil Hindistanın banisi hesab edirlər.

"Qandinin əsas vəsiyyətləri: "Dünyanın daha da yaxşı olacağını, başqalarının dəyişəcəyini gözləmək lazım deyil, özünüzdən başlayın. Həqiqət - məqsəddir, qeyri-zorakılıq isə, ona nail olmaq üçün yeganə vasitə və insanlar üçün mümkün yeganə yoldur." Bu sözlər bu gün daha aktualdır", - diplomat qeyd edib.

Müzakirələrdən sonra "Mahatma Qandi nə deməkdir"sənədli filmi göstərilib.  

Xəbər lenti

Xəbər lenti