...

İran ABŞ-İraq təhlükəsizlik müqaviləsinə dair müzakirələrə yenidən qoşulur – İran parlamentinin nümayəndəsi

Dünya xəbərləri Materials 14 Oktyabr 2008 18:01 (UTC +04:00)

İran, Tehran, 14 oktyabr / Trend Ə.Namdar / İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvi Hüseyn Təqəvi bildirib ki, İran İraq və ABŞ arasında təhlükəsizlik müqaviləsina dair keçiriləcək müzakirələrdə iştirak edəcək.

"İran rəsmiləri İraqın təhlükəsizliyinə dair ABŞ-la sazişinin imzalanacağından narahatdır və bu səbəbdən müzakirələrdə iştirak etməklə, sazişin bəzi bəndlərinin dəyişdirilməsinə çalışacaq", - deyə Təqəvi çərşənbə axşamı Trend -a bildirib.

Təqəvi qeyd edib ki, bu sazişin imzalanması Amerikanın regionda hegemonluğunun daha da artmasına səbəb olacaq ki, bu da İranın mənafeyinə ziddir və onu məmnun etmir.

İranın bu müzakirələrə qoşulması İraq rəsmilərinin İran rəhbərləri ilə müzakirələrindən sonra yenidən gündəmə gəlib.

Təqəvi Vaşinqton və Tehran arasında bu mövzu ətrafında sayca dördüncü danışıqların nə vaxt başlayacağı haqda dəqiq məlumat verməyib, lakin bildirib ki, Amerikanın İraqdakı nüfuzunun böyük olması müqavilənin yaxın gələcəkdə imzalanmasından xəbər verir.

İran və ABŞ arasında bu mövzu üzrə müzakirələr sonuncu dəfə ötən ilin yayında aparılıb. Hazırda İraqda hakimiyyətdə olan əksər siyasətçilər Səddam Hüseyn dövründə İranda mühacirət həyatı yaşadıqlarından, daha çox İrana meyllidirlər.

ABŞ-İran münasibətləri 1979-cı il İran inqilabından sonra gərginləşib.

Xəbər lenti

Xəbər lenti