...

Əfqanıstanın Helmənd əyalətində 18 üsyançı məhv edilib

Dünya xəbərləri Materials 16 Oktyabr 2008 11:35 (UTC +04:00)
Əfqanıstanın Helmənd əyalətində 18 üsyançı məhv edilib

Əfqanıstan, Kabil, 16 oktyabr/ Trend Ne , müxbir Ə.Həkimi/ Əfqanıstanın Helmənd əyalətində üsyançılara qarşı hakimiyyətin keçirdiyi əməliyyat zamanı 18 nəfər üsyançı məhv edilib, 17 üsyançı isə yaralanıb.

Əfqanıstan Təhlükəsizlik İdarəsinin məlumatına əsasən, bu əməliyyat oktyabrın 14-də Helməndin Eynək və Qələ Boz regionlarında həyata keçirilb.

Təhlükəszilik qüvvələri tərəfindən üsyançılardan silah və hərbi sursat da götürülüb.

Taliban bu haqda hələ heç bir bəyanatla çıxış etməyib.

Helmənd Əfqanıstanın cənubunda yerləşən ən təhlükəli əyalətlərdən biri sayılır. Ölkə üzrə narkotik maddə istehsalının 90 faizi məhz bu əyalətin payına düşür. Hazırda 7000 İngiltərə sülhməramlısı bu regionda sabitliyi bərqərar etmək üçün fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti