...

Ukrayna xarici işlər nazirinin müavini Bakıya gəlir

Dünya xəbərləri Materials 23 Oktyabr 2008 16:23 (UTC +04:00)

Ukrayna, Kiyev, 23 oktyabr/ Trend , müxbir Z.Novosvitski/ Ukraynanın xarici işlər nazirinin müavini Konstantin Yeliseyev Bakıya səfərə gəlir. Bu barədə Trend -a Ukraya XİN -in mətbuat xidmətindən məlumat verilib.

Yeliseyev Azərbaycan prezidenti İlham Əliyevin andiçmə mərasmində iştirak edəcək və səfər bununla bağlıdır.

Azərbaycan prezidenti İlham Əliyevin andiçmə mərasimi oktyabrın 24 - də keçiriləcək. Ölkənin Konstitusiya Məhkəməsi çərşənbə günü prezident seçkisinin nəticələrini təsdiq edib. Konstitusiyanın 103 - cü maddəsinə əsasən, prezident seçilən şəxsin andiçmə mərasimi Konstitusiya Məhkəməsi tərəfindən prezident seçkisinin nəticələri barədə rəsmi bəyanat verildikdən sonra üç gün ərzində keçirilir.

Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçirilib. Dövlət başçısı postuna yeddi namizəd iddia edib - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli.

Seçkinin nəticəsinə görə, İlham Əliyev səslərin 88,73 faizini toplayıb.

İqbal Ağazadə 2,86 faiz, Fazil Qəzənfəroğlu 2,47 faiz, Qüdrət Həsənquliyev 2,28 faiz, Qulamhüseyn Əlibəyli 2,23 faiz, Fuad Əliyev 0,78 faiz, Hafiz Hacıyev 0,65 faiz səs toplayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti