...

İsrail 1967-ci il sərhədlərinə qayıtmalıdır - İsrailin baş naziri

Dünya xəbərləri Materials 11 Noyabr 2008 05:44 (UTC +04:00)

"İsrail milli xarakterini qoruyub saxlamaq istəyirsə, Qüdsün ərəb məhəllələrini fələstinlilərə verməlidir". "Exo Moskvı" radiostansiyasının xəbər verdiyi kimi, bunu İsrailin baş naziri Ehud Olmert bazar ertəsi keçirilən və 13 il əvvəl qətlə yetirilmiş İtshaq Rabinin xatirəsinə həsr olunan Knessetin iclasında çıxışı zamanı bildirib. 

Olmert deyib: "Əgər biz İsrailin yəhudiliyini və demokratikliyini qoruyub saxlamaq istəyiriksə, uzun əsrlər həsrətində olduğumuz vətənimizin bir hissəsini verməliyik və 1967-ci il sərhədlərinə qayıtmalıyıq".

O vurğuladı ki, ərazilərin qaytarılması haqqında qərar dərhal qəbul edilməlidi.

Hazırda, Olmert səlahiyyətlərini yeni Nazirlər kabinetinə verəcək müvəqqəti hakimiyyətə başçılıq edir. Yeni hökumət 2009-cu il fevralın 10-da keçiriləcək parlament seçkilərindən sonra formalaşacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti