İsrail, Yerusəlim, 13 noyabr / Trend , müxbir A.Qut/ Çərşənbə günü İsrailin xarici işlər naziri Sipi Livni bəyan edib ki, Səudiyyə kralı Abdullanın sülh təşəbbüsü nə qədər vacibdirsə, ərəb liderlərinin "Dinlərin və sivilizasiyaların dialoqu" konfransındakı bəyanatları bir o qədər adekvat deyil.
"İsrail sülh danışıqlarıyla eyni vaxtda terror infrastrukturu ilə də mübarizə aparacaq. Biz bu addımların hər ikisini eyni vaxtda atmaqla sülhə nail olmaq istəyirik", - Livni qeyd edib. Bu günkü Maariv qəzeti belə yazır.
BMT-nin Nyu -Yorkdakı mənzil - qərargahında keçirilən mətbuat konfransında İsrailin xarici işlər naziri bildirib ki, sülh danışıqlarında iştirak edən bütün tərəflər radikal ekstremizmlə mübarizə aparmalıdırlar.
İlk dəfədir ki, Yaxın Şərq ölkələri liderləri radikalizm və fanatik ekstremizm tendensiyalarına göz yuma bilməyəcəklərini anlayblar, - Livni belə deyib.
Prezident Şimon Peresin və ölkənin BMT- dəki nümayəndəsi Qabriel Şalevin də iştirak etdiyi mətbuat konfransı zamanı İsrail XİN-in rəhbəri Səudiyyə Ərəbistanının sülh təşəbbüsünə dəstək verdiyini söyləyib. Nazir qeyd edib ki, fələstinli qaçqınların problemi bu təşəbbüsə daxil deyil.
Livni vurğulayıb ki, İsrail təşəbbüsü bir ümidlə qəbul edir - ərəb liderləri regional problemlərin diktəylə deyil, danışıqlar yolu ilə həll edilməli olduğunu anlacayaqlar.