...

Ukrayna NATO-ya qəbul olunsa parçalanacaq - Rusiyanın qurumda daimi nümayəndəsi

Dünya xəbərləri Materials 1 Dekabr 2008 03:21 (UTC +04:00)
Ukrayna NATO-ya qəbul olunsa parçalanacaq - Rusiyanın qurumda daimi nümayəndəsi

Ukrayna NATO-ya daxil olsa onu parçalanma gözləyir, Rusiyanın NATO-da daimi nümayəndəsi Dmitri Roqozin Böyük Britaniyanın Bi-bi-si telekorporasiyasına müsahibəsində bildirib.

2 dekabr Brüsseldə NATO ölkələrinin XİN-nin başçılarının iclası keçiriləcək. Tədbirdə Ukraynanın və Gürcüstanın NATO-nun üzvlük hərəkət Planına qoşulması məsələsi müzakirə olunacaq.

Roqozinin sözlərinə görə, Ukraynanın NATO-ya qəbulu məsələsi tezləşsə, artıq bir neçə aydır ki, ölkə daxili böhrandan əziyyət çəkən ölkədə "total siyasi böhran" başlana bilər.

"Bununla müqaisədə, hazırki qeyri stabillik sadə görsənə bilər. Sözün geniş mənasında Ukrayna dövlətinin parçalanması təhlükəsi var", rusiyalı diplomat bildirib.

O, onuda əlavə edib ki, Rusiya NATO-nun onun sərhədlərinə yaxınlaşmasından ehtiyat edir.

"Düşmən siyasi blokunun bizim sərhədələrə yaxınlaşaması təhlükəlidir", Roqozin deyib.

Rusiyalı daimi nümayəndə NATO ölkələrini itlərlə müqaisə edib.

"Təsüflər olsun ki, bəzi NATO siyasətçiləri dünyaya itlər kimi baxır. İtlər aləmi rəngli deyil, ağ-qara görürlər. NATO bizim üçün düşmən blokudur, bizim ora yolumuz bağlıdır", deyə Roqozin qeyd edib.

Xəbər lenti

Xəbər lenti